Xüsusi əməliyyat başlayandan indiyə kimi Rusiya Silahlı Qüvvələri Ukraynada 2786 hərbi obyekti məhv edib.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya MN Ukrayna aerodromlarının 90 faizinin məhv edildiyini açıqlayıb
Ukraynanın hərbi aviasiyasının əsas hissəsinin yerləşdiyi hərbi aerodromların 90 faizi sıradan çıxarılıb.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Hərbi aviasiyanın əsas hissəsinin yerləşdiyi Ukrayna hərbi aerodromlarının 90%-i sıradan çıxarılıb. Xüsusi əməliyyat başlayana qədər Ukrayna silahlı qüvvələrinin 250-yə qədər istismara yararlı döyüş təyyarəsi və helikopteri var idi. Rusiya Hava Kosmik Qüvvələri yerdə və havada 89 döyüş təyyarəsi və 57 helikopteri məhv edib", - Konaşenkov əlavə edib.
Rusiya MN nümayəndəsi onu da qeyd edib ki, Ukrayna təyyarələrinin bir hissəsi Rumıniyaya uçub və döyüşlərdə iştirak etmir.
.
