Rusiya silahlı qüvvələrinin Ukrayna ordusunun təlim mərkəzlərinə zərbəsi nəticəsində 180 əcnəbi muzdlu öldürüb.

Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib.

Konaşenkov həmçinin böyük həcmdə xarici istehsal olan silahın da məhv edildiyini qeyd edib.

“Bu səhər yüksək dəqiqlikli silahlarla Ukrayna ordusunun Stariçi yaşayış məntəqəsindəki və Yarovorski poliqonundakı mövqelərinə zərbə endirilib”, - deyə general əlavə edib.

Konaşenkov bildirib ki, sözügedən ərazilərdə xaricdən gətirilmiş silah bazası və muzdluların təlim mərkəzi yerləşirdi.

Rusiya MN: Ukraynada 3736 hərbi obyekt məhv edilib

Rusiya silahlı qüvvələrinin Ukraynada həyata keçirdiyi əməliyyatlarda 18 gün ərzində 3736 hərbi infrastruktur obyekti məhv edilib.

Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib.

General əlavə edib ki, əməliyyat zamanı 100 təyyarə, 139 PUA, 1234 tank və digər zirehli texnika, 122 YARS, 452 artilleriya qurğusu və 1013 hərbi avtomobil məhv edilib.

.