
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, atəşkəs rejiminin elan edilməsinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib.
Yenizaman xəbər verir ki, Ukrayna hərbçiləri həmçinin 22 hücum və bir döyüş kəşfiyyatı həyata keçiriblər. Cəbhə xətti boyunca Rusiya Silahlı Qüvvələrinin mövqelərinə toplardan, tanklardan və minaatanlardan 2600 dəfədən çox atəş açılıb.
Nazirlikdən bildirilib ki, ümumilikdə atəşkəs rejimi 9318 dəfə pozulub. Rusiya ordusu bu pozuntulara simmetrik cavab verib.
.