Ukrayna Nikolaev-Krivoy Roq istiqamətində uğursuz hücum əməliyyatları cəhdlərini davam etdirir. Xarkov istiqamətində hücum cəhdinin qarşısı alınıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri Nikolayev-Krivoy Roq istiqamətində 31 tank, 22 piyada döyüş maşını, 18 zirehli texnika, səkkiz pulemyotlu pikap və 350-dən çox hərbçi itirib.

"Ukrayna qoşunlarının Xarkov istiqamətində hücum cəhdinin qarşısı alınıb, düşmənin 14-cü mexanikləşdirilmiş briqadası 50-dən çox itki verib. RF Silahlı Qüvvələri "DXR", Nikolayev, Zaporojye və Dnepropetrovsk vilayətlərində Ukrayna Silahlı Qüvvələrinə məxsus səkkiz raket və artilleriya silahı və sursat anbarını məhv edib. Ötən sutka ərzində Ukraynanın 8 pilotsuz uçuş aparatı, bir Toçka-U raketi və HIMARS da daxil olmaqla 48 reaktiv yaylım atəşi sisteminin mərmisi vurulub.

Rusiya hava hücumundan müdafiə sistemləri Antonovski körpüsü ərazisində ABŞ istehsalı olan iki Ukrayna AGM-88 HARM antiradar raketini vurub", - deyə Rusiya MN-nin yaydığı məlumatda bildirilib.

.