Ukrayna Nikolayev-Krivoy Roq istiqamətində hücumunu davam etdirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Kiyev Nikolayev-Krivoy Roq istiqamətində müəyyən ərazilərdə möhkəmlənmək üçün uğursuz cəhdlərini davam etdirib.

"Gün ərzində burada Ukraynanın itkiləri 23 tank, 27 piyada döyüş maşını, 230-dan çox hərbçi olub. Ukraynaya məxsus iki Su-25, Xerson vilayətində, bir MiQ-29 isə Dnepropetrovsk vilayətində vurulub. Ukrayna qoşunlarının ağır itkiləri Nikolaev vilayətindəki xəstəxanalarda çarpayıların və qan ehtiyatlarının kəskin çatışmazlığına səbəb olub", - deyə Rusiya MN-nin yaydığı məlumatda bildirilib.

Rusiya MN: Ukrayna Zaporojye AES-i ələ keçirməyə cəhd edib

Ötən gecə Kiyev növbəti dəfə Zaporojye Atom Elektrik Stansiyasını (AES) ələ keçirməyə cəhd edib. Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirib.

Qeyd olunub ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələrinin AES-də olmasına baxmayaraq Ukrayna hərbçiləri stansiyanı ələ keçirməyə uğursuz cəhd edib.

“Sentyabrın 2-də Moskva vaxtı ilə saat 23:00 radələrində xüsusi əməliyyat qüvvələri və əcnəbi muzdlulardan ibarət 250 nəfərdən çox desant qüvvəsi ilə ümumi sayı 42 ədəd olan iki qrup kater və motorlu qayıq Enerqodar və Dneprorudnı bölgəsində Kaxovka su anbarının
sahilinə enməyə cəhd edib.

Rusiya Hava Kosmik Qüvvələrinin dörd Su-30 təyyarələri və iki Ka-52 helikopterindən ibarət qrup cavab olaraq 20 kater və qayığı məhv edib, qalanları Ukrayna istiqamətində geri qayıdıblar", - deyə Rusiya MN-nin məlumatında bildirilib .

Qeyd edək ki, Zaporojye AES Dnepr çayının sol sahilində, Enerqodar yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük Atom Elektrik Stansiyasıdır. Bu ilin mart ayından Rusiya ordusunun nəzarəti altındadır.

.