Ukrayna Krım körpüsünü vurmağa cəhd edib.

Bu barədə Rusiya Hava Kosmik Qüvvələrinin Baş Qərargah rəisi Viktor Afzalov bildirib.

"S-200" raketlərinin Rusiya hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin vasitələri ilə zərərsizləşdirildiyi açıqlanıb.

Onun sözlərinə görə, Ukrayna iyulun 9-da Rusiya Federasiyası ərazisinə atdığı "S-200" raketlərindən biri Krım körpüsünə, ikincisi isə Rostov vilayətindəki hərbi aerodroma istiqamətlənib.

Qeyd edək ki, Krım körpüsü ötən ilin oktyabrın 8-də partladılıb. Bir müddət əvvəl isə rəsmi Kiyev bu partlayışın Ukrayna tərəfindən Rusiya logistikasını pozmaq üçün törətdildiyini etiraf edib.
 

.