Ukraynanın Xarkov vilayətinin Novaya Dmitrovka ərazisində Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini havada vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, həmçinin, gecə ərzində Nikolayev vilayətinin Novaya Zarya qəsəbəsi üzərində Ukraynanın on beş pilotsuz uçuş aparatı, o cümlədən bir “Bayraktar TB-2” məhv edilib: “Çernobayevka bölgəsində “Pantsir-S” zenit-raket və silah sistemlərinin ekipajları havada iki “Toçka-U” taktiki raketini və yaylım atəşi sisteminin üç mərmisini vurub.

Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 141 təyyarə, 110 helikopter, 538 pilotsuz uçuş aparatı, 261 zenit-raket kompleksi, 2471 tank və digər zirehli döyüş texnikası, 274 reaktiv yaylım atəşi sistemi, 1075 səhra artilleriya silahları və minaatanları, o cümlədən 2311 ədəd xüsusi təyinatlı hərbi texnikası məhv edilib".

Rusiya MN: Zaporojye AES-də təxribat istisna edilmir

ABŞ Rusiya hərbçilərini Ukraynada kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməkdə ittiham etmək üçün təxribatlar hazırlayır.

Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, Xarkov və Kiyevdəki kimyəvi və bioloji obyektlərdə təxribat variantı ən çox ehtimal olunandır:

"Zaporojye AES-də təxribat istisna edilmir. Təxribatı səhnələşdirmənin yüksək ehtimalı Ukraynaya zəhərli antidotların tədarükü faktları ilə təsdiqlənir".

Rusiya MN-dən o da bildirilib ki, bu təxribatlar o cümlədən Hindistan və Çinə təzyiq göstərmək, onları Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur etmək üçün planlaşdırılır.

.