Rusiya ordusu Ukraynanın İlan adasından geri çəkildiyini açıqlayıb.

TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) açıqlama yayıb.

“Bu gün xoşməramlı addım olaraq rusiyalı hərbçilər İlan adasında döyüş tapşırıqlarının icrasını başa çatdırıb və orda yerləşən qarnizon adanı tərk edib. Bununla da, Rusiya Federasiyası BMT-nin Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının daşınması üçün humanitar dəhlizin yaradılması ilə bağlı səylərinə əngəl yaratmadığını dünya birliyinə nümayiş etdirib”, - açıqlamada deyilir.

Rusiya MN öz növbəsində Ukraynanı Qara dəniz akvatoriyasını minalardan təmizləməyə çağırıb.

.