
Rusiya heç vaxt Ukrayna böhranının nizamlanması ilə bağlı vasitəçilik təşəbbüslərindən imtina etməyib.
Bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçidə keçirilən danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
Putin xüsusi hərbi əməliyyat başlayandan bir müddət sonra Ukrayna ilə İstanbulda əldə olunan razılaşmaları xatırladıb: “Türkiyə prezidentinin vasitəçiliyi ilə (atəşkəs haqqında) sənədlərin layihələri Ukrayna nümayəndə heyəti ilə razılaşdırılmışdı. Lakin sonra Ukrayna onları zibilliyə atdı. Sadəcə, heç kim bu məsələyə qayıtmır. Biz yeni təşəbbüslər haqqında eşidirik, lakin bu, bizimlə heç vaxt müzakirə olunmayıb”.
Rusiya Prezidenti qeyd edib ki, ölkəsi heç vaxt vasitəçilik təşəbbüslərindən imtina etməyib.
“Çin və Afrika dövlətlərinin bu cür təkliflərindən xəbərdarıq və bu istiqamətdə göstərdiyi səylərə görə Türkiyə Prezidentinə də minnətdarıq”, deyə Putin vurğulayıb.
Putin: Afrika ölkələrinə Türkiyə və Qətərlə birlikdə taxılın göndərilməsinə “Taxıl sazişi”nin alternativi kimi baxmırıq
Türkiyə və Qətərlə 1 milyon ton taxılın göndərilməsinə Qara dəniz taxıl təşəbbüsünə alternativ kimi baxmırıq.
Bunu Rusiya Prezidenti Valdimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Soçidə keçirilən danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “Taxıl sazişi”ndə Ukrayna var və onun öz maraqları mövcuddur:
“Biz bunu çox yaxşı başa düşürük, özümüzə hesab veririk. Ona görə də, bu, “Taxıl sazişi”nin əvəzi deyil. Əlbəttə ki, bu bizim tərəfimizdən Afrika ölkələrində ərzaq probleminin həllinə böyük töhvə olardı”.
Putin: “Taxıl sazişi”nin dayandırılması qlobal ərzaq bazarlarına təsir göstərməyib
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında rəsmi Moskvanın “Taxıl sazişi”nin bərpası ilə bağlı şərtlərini açıqlayıb.
Putin bildirib ki, ilkin olaraq, “Taxıl sazişi” çərçivəsində ölkəsi Rusiya tərəfinin maraqlarına uyğun bir sıra öhdəliklərin yerinə yetirilməsi barədə razılığa gəlib: “Müqavilə başa çatdıqda və heç bir öhdəlik yerinə yetirilmədikdə, bizdən hər şeyi dərhal yerinə yetirmək vədi ilə onu uzatmağımızı istənildi. Uzatdıq, yenə heç kim heç nə etmədi. Sonra bizdən üçüncü dəfə müddətin uzadılmasını tələb etdilər. Qərb tərəfdaşlarımız yenə də bizi aldatdılar. Qərb bizi “Taxıl sazişi”nin humanitar məqsədləri barədə aldatdı. Malların 70%-dən çoxu varlı ölkələrə, Avropa İttifaqı ölkələrinə gedib. İndi biz deyirik: vədlər yerinə yetirilən kimi dərhal sazişə qayıtmağa hazırıq”.
Putin qeyd edib ki, Rusiya humanitar dəhlizlərə təhlükəsizlik zəmanəti verdiyi halda, Ukrayna terror aktları həyata keçirmək üçün həmin dəhlizlərdən istifadə edib: “Qərb Rusiya kənd təsərrüfatı istehsalçılarının dünya bazarlarına çıxışını əngəllədiyi üçün Rusiya sazişdən çıxmaq barədə qərar qəbul etməyə məcbur olub”.
Rusiya Prezidenti əlavə edib ki, “Taxıl sazişi”nin dayandırılması qlobal ərzaq bazarlarına təsir göstərməyib: “Taxılın qiyməti ucuzlaşmaqda davam edir. Biz bunda təəccüblü heç nə görmürük, çünki dünya taxıl ixracında Ukraynanın payı 5% olaraq qalır və bu daha da azalacaq”.
Putin vurğulayıb ki, Rusiya bütün razılaşmalar yerinə yetirilən kimi “Taxıl sazişi”nin bərpası imkanlarını nəzərdən keçirməyə hazır olacaq.
Putin Ukraynanın əks-hücumunun uğursuz olduğunu deyib
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın əks-hücumunu uğursuzluq adlandırıb.
unu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Soçidə keçirilən danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
Xüsusi hərbi əməliyyat zonasındakı vəziyyətlə bağlı sualı cavablandıran Putin Ukraynanın əks-hücumunun uğursuzluq olduğunu söyləyib:
“Bu, uğursuzluqdur. Bütün hallarda, bu gün üçün bu məhz belə görsənir. Baxaq görə sonra necə olacaq. Ümid edirəm ki, bundan sonra da belə olacaq. Demək istəyirəm ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib. İndi də biz imtina etmirik. Cənab Prezident də (Türkiyə prezidenti - red) bu məsələni bugünkü danışıqlarda qaldırdı. Mən ona bunu təsdiqlədim”, - deyə Putin qeyd edib.
.