Rusiya Qara dəniz “Taxıl sazişi”ndə iştirakını bərpa edir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Rusiya Ukraynadan taxıl dəhlizindən Rusiya Federasiyasına qarşı hərbi əməliyyatlar üçün istifadə etməməklə yazılı zəmanət alıb.

Qeyd olunub ki, bu, BMT və Türkiyənin vasitəçiliyi sayəsində baş verib

“Ukrayna rəsmi şəkildə əmin edib ki, humanitar dəhlizdən yalnız Qara dəniz təşəbbüsünün müddəalarına uyğun istifadə olunacaq. 1 noyabr 2022-ci il tarixində kənd təsərrüfatı məhsullarının daşınması maraqları naminə müəyyən edilmiş humanitar dəhlizdən və Ukrayna limanlarından Rusiya Federasiyasına qarşı hərbi əməliyyatların aparılması üçün istifadə olunmaması ilə bağlı Ukraynadan lazımi yazılı təminatların alınması mümkün olub. Rusiya Federasiyası hesab edir ki, hazırda alınan təminatlar kifayətdir və Rusiya sazişin həyata keçirilməsini bərpa edir", - deyə Rusiya MN-nin məlumatında vurğulanıb.”, - Rusiya MN-nin məlumatına qeyd olunub.

.