““Taliban”ın terrorçu təşkilatların siyahısından çıxarılması proseduruna başlanılması üçün BMT Təhlükəsizlik Şurasının bütün üzvləri Əfqanıstanın yeni hakimiyyətinin özünü sivil aparacağından əmin olmalarıdır”.

Bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bildirib.

"Nə vaxt bu cür nöqteyi-nəzər hamı üçün ümumi olacaq, onda prosedura BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə başlayacaq. Sonrası isə texniki məqamlardır", - deyə rusiyalı diplomat vurğulayıb.

Qeyd edək ki, "Taliban" Rusiya Federasiyasında fəaliyyəti qadağan olunan terrorçu təşkilatlar siyahısına daxildir.
 

.