Rusiya donanması “Kalibr” qanadlı raketlərlə Ukraynanın Lvov vilayətində Amerikanın M777 haubitsaları üçün döyüş sursatı olan anbarı vurub.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Lvov vilayətinin Zoloçiv yaşayış məntəqəsi yaxınlığında yüksək dəqiqlikli uzaqmənzilli “Kalibr” raketləri NATO ölkələri tərəfindən Ukraynaya verilmiş xarici silahların, o cümlədən 155 millimetrlik M777 haubitsalarının sursat anbarını məhv edib”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Rusiya MN: Ukraynanın bir Su-25 təyyarəsi və 6 PUA-sı vurulub

"Rusiya hava hücumundan müdafiə sistemləri ötən gün ərzində Ukraynaya məxsus bir Su-25 hücum təyyarəsini və altı pilotsuz uçuş aparatını vurub".
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiya hava hücumundan müdafiə sistemləri "DXR"in Krasnopolye bölgəsində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsini vurub. Həmçinin, ötən sutka ərzində Donetsk və Luqanskın müxtəlif yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus 6 pilotsuz uçuş aparatı vurulub”, - deyə Rusiya MN sözçüsü qeyd edib.

.