Şənbə günü səhər “Qazprom” Latviyaya qaz nəqlini dayandırıb.

Şirkətin açıqlamasında bildirilir ki, iyul ayı müraciəti çərçivəsində Latviyaya tədarük qazın seçilməsi şərtlərinin pozulmasına görə dayandırılıb. Şirkət hansı pozuntulardan söhbət getdiyini açıqlamır.

Bir gün əvvəl Latviyanın enerji şirkəti “Latvijas Gaze” bildirib ki, o, Rusiyadan qaz almağa davam edir, onların haqqını avro ilə ödəyir.

Latviyanın “Conexus” qaz ötürmə operatorunun məlumatları da iyulun 30-dan Rusiyadan qaz nəqlinin dayandırıldığını təsdiqləyir.

Bundan əvvəl “Qazprom” Polşa, Bolqarıstan, Finlandiya, Danimarka və Niderlanda qazın tədarükünü dayandırmışdı. Səbəb isə adıçəkilən ölkələrin ödənişi Rusiya Prezidenti Vladimir Putinin tələbi ilə rublla həyata keçirməkdən imtina etməsidir.

Bundan başqa, Almaniyanın “Shell Energy Europe” şirkətinə də qaz satışını dayandırıb.

Çərşənbə günü “Qazprom” “Şimal axını” boru kəməri ilə Avropaya qaz tədarükünü kəskin şəkildə azaldıb və bunu qabaqlayıcı işlərin aparılması zərurəti ilə izah edib. Avropa ölkələri iddia edir ki, Moskva enerji təchizatından şantaj vasitəsi kimi istifadə edir.

Aİ ölkələri bu həftə Rusiyadan tədarükün tamamilə dayana biləcəyi qorxusu fonunda ehtiyatlara qənaət etmək üçün bu qış qaz istehlakını 15% azaltmağa razılaşıblar.

.