
“Avropa İttifaqı (Aİ) Gürcüstandakı hökumət əleyhinə etiraz aksiyalarını üzv ölkələrin Ermənistandakı səfirlikləri vasitəsilə maliyyələşdirir. Hər iştirakçıya 120 avro pul ödənilir”.
Yenizaman-ın RİA “Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Bildirilib ki, bununla jurnalistlər, bloqerlər, IT-mütəxəssislər və əməkçi miqrantlar arasında hökumətin siyasətinə zidd əhval-ruhiyyə formalaşdırılır:
“Bu məqsədlə bloqerlərə 50 min avroyadək vəsaitin ayrılması nəzərdə tutulur. Avropa İttifaqı etirazların aktivləşdirilməsi vasitəsilə Gürcüstanı “demokratiya və Avrointeqrasiya” yoluna qaytarmaq istəyir”.
.