Rusiya İtaliyanın 24, İspaniyanın 27 diplomatını ölkədən çıxarır. 

TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Rəsmi Moskva bunun İtaliya və İspaniyanın atdığı addımlara cavab olduğunu bildirib.

***
İsveç səfiri Malena Mard Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

“RİA Novosti” xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, səfir Rusiyanın İsveçdəki diplomatlarının persona non qrata elan olunmasına görə çağırılıb. 

Ona Rusiya XİN-in gördüyü cavab tədbiri çatdırılıb. Vurğulanıb ki, Fransanın Rusiyadakı diplomatik korpusunun 34 əməkdaşı persona non qrata elan edilib.


 

.