Rusiya İtaliya səfirliyinin hərbi attaşesinin köməkçisini “persona non grata” elan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, aprelin 26-da İtaliyanın Moskvadakı səfiri P.Terraççeno Rusiya XİN-ə dəvət olunub: "Orada səfirə səfirliyinin attaşesinin müdafiə məsələləri üzrə köməkçisi, hərbi dəniz attaşesi K.Peşifiçinin “persona non grata” elan olunması barədə nota təqdim olunub”.  

Bu addımın İtaliya hökumətinin addımına cavab olaraq atıldığı bildirilib.

.