Rusiya İslam Komitəsinin rəhbəri, politoloq Heydər Camal Fəthullah Gülən məktəbləri ilə bağlı xəbərdarlıq edib.
Risiya KİV-i xəbər verir ki, Heydər Camal nurçu məktəblərin Orta Asiyada fəaliyyətini genişləndirməsindən narahatlığını dilə gətirib. Onun sözlərinə görə, bu məktəblərdə yetişən şagird və tələbələr ABŞ-a agentlik edirlər. O, dediklərini Fəthullah Gülənin ABŞ maraqlarına xidmət etməsi ilə əlaqələndirib. Bununla yanaşı, komitə sədri bölgənin müsəlman əhalisini Gülən təbliğatına qarşı çıxmağa çağırıb.
.