Rusiya Ali Məhkəməsi İŞİD və "Cebhat ən-Nusra” qruplaşmalarını terrorçu təşkilat kimi tanıyıb.
APA-nın verdiyi məlumata görə, məhkəmənin qərarı ilə həmin təşkilatların Rusiya ərazisində fəaliyyəti rəsmən qadağan olunub.
Qeyd edək ki, İŞİD və "Cebhat ən-Nusra” qruplaşmalarının terrorçu təşkilat kimi tanınması tələbi ilə Rusiya Ali Məhkəməsinə ölkənin Baş Prokurorluğu müraciət edib.
.