Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, onun müavini Əli Baqiri Kani və xüsusi siyasi məsələlər üzrə baş köməkçisi Əli Əsgər Hacı ilə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası məsələsini müzakirə edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yaxın Şərqdəki böhranların həlli və ikitərəfli əməkdaşlığın gücləndirilməsi haqqında müzakirələr BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupunun milli əlaqələndiricilərinin Tehranda keçirilən iclası çərçivəsində baş tutub.

Rusiya Xarici İşlər Nazirliyi hər iki tərəfdən müntəzəm koordinasiyanın davam etdirilməsinin vacibliyini qeyd edib və ikitərəfli əməkdaşlığı daha da gücləndirmək niyyətini təsdiqləyib.

.