"Reuters” agentliyinin verdiyi məlumata görə, rəsmi Moskva İranla böyük neft anlaşmasının son mərhələsindədir. Belə ki, Rusiya İrandan hər gün 500 min barrel neft alaraq qarşılığında bu ölkəyə lazım olan ləvazimatlar verəcək.
ABŞ və Avropa ölkələri rəsmi Tehrana qarşı artıq 18 aydır sanksiyar tətbiq edir. Bu müddət ərzində İranın neft ixracatının gündəlik həcmi 1 milyon barrel azalmışdı.
İran iqtisadiyyatı bir ayda 3 milyard dollar ziyan görmüşdü. Rusiya ilə sözügedən razılıq İranın neft sahəsində ziyanını yarıya endirməyə hesablanıb.
.