Bu ay Rusiya, İran və Çin hərbi dəniz qüvvələrinin Hind okeanında növbəti hərbi təlimi keçiriləcək.

Bu plan barədə Rusiyanın İrandakı səfiri Levan Caqaryan məlumat verib.

Onun sözlərinə görə, təlim 2021-ci il fevralın ortalarında Hind okeanının şimal hissəsində keçiriləcək.

“Report” xatırladır ki, Rusiya, İran və Çin 2019-cu il dekabrın sonunda “Dəniz təhlükəsizliyi qurşağı” adı altında da hərbi dəniz təlimi keçirmişdilər.

.