Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar üçün nümayəndə heyətinin formalaşdırılmasını tapşırıb.

Bu barədə Zelenski özü bildirib.

Onun sözlərinə görə, nümayəndə heyətinə Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov rəhbərlik edəcək, eyni zamanda, nümayəndə heyətinə Ukrayna kəşfiyyatı, XİN və Prezident Ofisinin nümayəndələri daxil ediləcək.

Qeyd edək ki, Zelenski ötən gün bildirib ki, Ukrayna nümayəndə heyətinin Rusiya tərəfi ilə növbəti danışıqları iyulun 24-də Türkiyədə keçiriləcək.
 

.