Bu ilin yanvar-oktyabr aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% azalaraq 88,19 mlrd. ABŞ dolları təşkil edib.

Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin açıqlamasında deyilir.

Hesabat dövründə Çinin Rusiyaya ixracı illik ifadədə 0,9% artaraq 40,61 mlrd. dollar təşkil edib, Rusiyanın Çinə tədarükü isə 4,8% azalaraq 47,58 mlrd. dollar olub.

Təkcə oktyabr ayında iki ölkə arasındakı ticarətin həcmi 9,35 mlrd. dollara bərabər olub. Çin Rusiyaya 4,72 mlrd. dollarlıq, Rusiya isə Çinə 4,62 mlrd. dollarlıq mal tədarük edib.

Xatırladaq ki, 2019-cu ilin sonunda Rusiya ilə Çinin ticarət dövriyyəsi 3,4% artaraq rekord 110,75 mlrd. dollar təşkil etmişdi.

.