İki britaniyalı diplomat kəşfiyyat fəaliyyəti əlamətlərinə görə Rusiya Federasiyasında akkreditasiyadan məhrum edilib.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, FSB Britaniyanın Moskvadakı səfirliyinin pərdəsi altında işləyən daha iki casusu ifşa edib.

Qeyd olunub ki, Böyük Britaniya səfirliyinin ikinci katibi və digər diplomatın həyat yoldaşı iki həftə ərzində Rusiyanı tərk etməlidir.

.