Suriyanın Xmeymim aviabazasında Rusiya hərbçisinin ölümü təsdiqlənib.
Yenizaman.az  TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Xmeymim aviabazasında müqavilə əsasında hərbi xidmət keçən mütəxəssis növbədən sonra istirahət zamanı intihar edib: "Hazırda hadisə ilə bağlı istintaq aparılır".
İntihar edən hərbçinin adı açıqlanmayıb.
.