
Rusiya 100 ədəd "Т-90S” tankının Azərbaycana göndərilməsini 2015-ci ilin əvvəlində başa çatdıracaq.
Bu barədə Azərbaycanda keçirilən ADEX-2014 sərgisində "Rosoboroneksport”un baş direktorunun məsləhətçisi, nümayəndə heyətinin rəhbəri Esen Topoyev deyib.
Yenizaman.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmət rəhbərinin müavini Konstantin Birulin bundan əvvəl 100 tankın göndərilməsinin bu ilin aprelində başa çatacağını demiş, əlavə etmişdi ki, daha 100 belə tankın satışı mümkündür.
"Biz 2010-cu ildə bir sıra hərbi məhsullara dair böyük bir müqavilə imzalamışıq. Onların göndərilməsinin müddətləri müxtəlifdir. Bir hissəsini artıq bu il göndərmişik. Qalanlarının tədarükünü 2015-ci ildə başa çatdıracağıq. Ümumiyyətlə, tankların Azərbaycana göndərilməsi prosesinin 2017-ci ilə kimi başa çatdırmağı nəzərdə tutmuşuq” - deyə E.Topoyev bildirib.
.