Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) CNN telekanalının jurnalisti Nik Peyton Uolşa, həmçinin ukraynalı müxbirlər Olesya Borovik və Diana Butskoya qarşı cinayət işi açıb.

Bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bir amerikalı və iki ukraynalı jurnalistin Kursk vilayətinin Sudja bölgəsindəki sərhədi qanunsuz keçməsi ilə bağlı cinayət işi açılıb.
Qeyd olunub ki, xarici jurnalistlər sərhədi qanunsuz keçərək Sudja bölgəsində videolar çəkiblər.

Daha əvvəl Rusiya tərəfindən Kurskda sərhədi qanunsuz keçərək çəkiliş aparan iki italyan jurnalistə qarşı da cinayət işi açılıb.

.