
Rusiya Federal Miqrasiya Xidmətinin Moskva şəhəri üzrə idarəsinin rəis müavini Nikolay Azarov erməni dostu tərəfindən güllələnib. APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə Yakutiyada baş verib.
43 yaşlı Nikolay Azarov ov məqsədilə Yakutiyanın Xanqalskiy rayonunun Ulaxan-An kəndindən 30 km aralıda yerləşən Xarıyalax-Yuryax adlı yerə gedib. Bu zaman onunla birlikdə avtomobildə olan yaxın dostu, "MCİTY-Development" tikinti firmasının sahibi Armen Zakaryan əlində olan silahdan atəş açıb. Ağır yaralanan Azarov yerindəcə keçinib.
Hadisəni törədən A. Zakaryan yaxalanıb. Fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.