Rusiya Danimarka səfirliyinin əməkdaşlarını ölkədən çıxarır.
TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilib.
Danimarkanın 7 diplomatı “persona non qrata” elan edilib.
Onlar iki həftə ərzində Rusiya ərazisini tərk etməlidirlər.
Moskva rus diplomatlarının Danimarkadan çıxarılmasına cavab olaraq belə bir addım atıb.
.