Rusiya bir neçə aydır ardıcıl olaraq çağırışçılardan strateji ehtiyat formalaşdırır.

Bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında məlumat verilir.

Bildirilir ki, bu ehtiyatın formalaşması cari ilin iyul ayından etibarən başlayıb. Bu zaman Rusiya cəbhədə itkilərinin nisbətən azalması ilə daha çox vətəndaşı orduya cəlb edə bildiyindən onların bir hissəsi strateji ehtiyatı formalaşdırmağa yönəldilir.

ISW-nin fikrincə, strateji ehtiyatın yaradılması Kremlin müharibəni bitirmək niyyətində olmadığını göstərir. Əksinə, Rusiya bu yolla NATO ilə mümkün qarşıdurmaya da hazırlaşa bilər.

.