Cari ilin yanvar-iyun ayları ərzində Gürcüstan Rusiyadan 449,5 min ton benzin və dizel yanacağı idxal edib.
Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin paylaşdığı statistikada bildirilib. Qeyd olunub ki, bu, Gürcüstanın hesabat dövründə idxal etdiyi ümumi benzin və dizel yanacağının 81,1%-ni təşkil edib. Gürcüstanın ən çox yanacaq idxal etdiyi ikinci və üçüncü ölkələr isə Rumıniya (77,6 min ton və ya 14%) və Türkmənistan (11,4 min ton və ya 2%) olub.
Bu ilin ilk altı ayı ərzində Gürcüstan Azərbaycandan 9,5 min ton yanacaq idxal edib ki, bu da ölkənin ümumi idxalının 1,7%-nə bərabər olub.
Qeyd edək ki, Gürcüstan Avro-5 yanacaq standartına keçidlə əlaqədar bu ilin əvvəlindən Azərbaycandan dizel idxalını dayandırıb.
Bu ilin ilk altı ayı ərzində Gürcüstan ümumilikdə 554,2 min ton yanacaq idxal edib. Bu, illik müqayisədə 32,5 min ton və ya 6,2% çoxdur.
.
