Rusiya Britaniyanın İcmalar Palatasının 287 üzvünə qarşı şəxsi məhdudiyyətlər tətbiq edir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirib.

“Bu il martın 11-də Böyük Britaniya hökumətinin Rusiya Dövlət Dumasının 386 deputatının sanksiya siyahısına daxil edilməsi ilə bağlı qəbul etdiyi qərara cavab olaraq, qarşılıqlılıq əsasında Böyük Britaniya Parlamentinin İcmalar Palatasının 287 deputatına qarşı şəxsi məhdudiyyətlər tətbiq edilir”, - Rusiya XİN-in saytında yerləşdirilən bəyanatında qeyd olunub.

Bildirilib ki, hazırda Rusiya Federasiyasına girişi qadağan edilən bu şəxslər Londonda antiRusiya sanksiya alətlərinin təsis olunmasında ən fəal iştirak ediblər, Böyük Britaniyada rusofob isteriyasının əsassız şəkildə qızışdırılmasına töhfə veriblər.

.