Rusiya Belarusdan gətirilən meyvə və tərəvəzə də xüsusi yoxlama rejimi tətbiq edib.
Avropa.info xəbər verir k, nəzarəti həyata keçirən Rosselxoznadzor sanitar normaların həqiqiliyini yoxlamağı tapşırıb. Bundan əlavə Belarusa məxsus beş şirkətin süd məhsullarının Rusiyaya idxalına qadağa qoyulub.
Rusiya Belarusdan ölkəyə idxal olunan məhsulların Qərb istehsalı olmasından ehtiyat edir. Belə ki, bu ilin 7 ayı ərzində Belorusdan Rusiyaya ixrac olunan məhsulların sayı keçən illə müqayisədə iki dəfə artıq olub. Müəyyən edilib ki, Belorusun Rusiyaya satdığı meyvə-tərəvəzin əksəriyyəti başqa ölkələrdə yetişdirilib.
.
