"Mövcud beynəlxalq vəziyyət qlobal və regional təhlükəsizlik problemlərinin daha da kəskinləşməsi ilə xarakterizə olunur. Cənub Qafqazda münaqişə potensialı qalır".

Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov xarici attaşelərlə brifinqində bildirib.

O, Suriya, İran, Əfqanıstan və Liviyada terrorçuluq fəaliyyətinin qaldığını qeyd edib. V.Gerasimovun sözlərinə görə, İran-ABŞ münasibətlərində gərginlik azalmır.

.