
Rusiya Baş Prokurorluğu “Taliban” hərəkatını terrorçular siyahısından çıxarmağı xahiş edib.
Bu barədə Rusiya Federasiyası Ali Məhkəməsinin mətbuat xidməti məlumata yayıb.
Bildirilib ki, Baş prokurorluq “Taliban” hərəkatının Rusiya ərazisində fəaliyyətinə qoyulan qadağanı müvəqqəti dayandırmağı xahiş edir.
Məhkəmə aprelin 17-də keçiriləcək iclasda Baş prokurorluğun müraciətinə baxacaq.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Rusiya prezidenti Vladimir Putin Talibanın terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanunu imzalayıb.
Rusiya Federasiyasının Ali Məhkəməsi 2003-cü ilin fevralında Taliban hərəkatını terrorçu elan edib və təşkilatın Rusiyada fəaliyyəti qadağan edilib.
.