“Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması regionun davamlı inkişafını təmin edəcək”.

Bunu Rusiyanın Baş naziri Mixail Mişustin İrəvanda ermənistanlı həmkarı Nikol Paşinyanla görüşü zamanı deyib.

O bildirib ki, rəsmi Moskva regionda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin qurulmasının tərəfdarıdır: “Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərərəfli razılaşmaya uyğun olaraq yeni infrastruktur layihələrinin yaradılmasının davamlı iqtisadi inkişafı təmin edəcəyinə inanıram”.
M.Mişustinin sözlərinə görə, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması həm də insanlar arasında əlaqələri gücləndirəcək.

.