Rusiya Azərbaycan və Gürcüstana qəza vəziyyətləri zamanı ümumilikdə 600 MVt həcmində elektrik enerjisi idxalının mümkünlüyü barədə sorğu göndərib.

TASS xəbər verir ki, bu barədə “İnter RAO”nun idarə heyətinin üzvü Aleksandra Panina Ümumrusiya Tarif Konfransı çərçivəsində jurnalistlərə bildirib.

“Bəli, biz iki ölkəyə - Azərbaycan və Gürcüstana bunun mümkünlüyü ilə bağlı sorğu göndərmişik. Biz idxal imkanlarını nəzərdən keçiririk və qəza vəziyyətləri zamanı iki qonşu enerji sisteminin imkanlarından yararlanmaq istərdik. Əgər qəza vəziyyətləri olarsa, biz “Sistem operatoru”nun tələbi ilə Gürcüstan və Azərbaycannın 300 MVt enerji təmin etməyə hazır olmalarını istərdik”, - o deyib.

Paninanın sözlərinə görə, şirkət Gürcüstan və Azərbaycandan hələ cavab almayıb.

.