Rusiya bu il Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan çox investisiya yerləşdirib.

Bunu Xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

O bildirib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 2018-illə müqayisədə 18 faiz artaraq 3 milyard dolları keçib:

“Bu il artım tempi bir qədər azalsa da, müsbət dinamika qorunub saxlanıb. Rusiya bu il Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan çox investisiya yerləşdirib. Qeyd etmək lazımdır ki, uğurli iqtisadi əməkdaşlıq ikitərəfli formatla məhdudlaşmır”.

Nazir əlavə edib ki, Rusiya və Azərbaycan “Şimal-Cənub”, “Şimal-Qərb” kimi beynəlxalq tranzit dəhlizlərinin təşəbbüsçüləri və fəal iştirakçılarıdır.

.