Rusiya Hava Kosmik Qüvvələrinin (HKQ) operativ-taktiki aviasiyası son sutka ərzində Ukraynanın 48 hərbi obyektini vurub.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

"Əməliyyat-taktiki aviasiyamız sutka ərzində Ukraynanın 48 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, radiolokasiya stansiyası, reaktiv yaylım atəşi sisteminin iki mövqeyi, bir artilleriya batareyası, altı raket və artilleriya silahı anbarı, həmçinin Ukrayna hərbi texnikasının cəmləşdiyi 48 ərazi var”,- Rusiya MN sözçüsü vurğulayıb.

.