Rusiya aviasiyası Suriyada İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının zirehli texnika və tanklarının olduğu bazanı yerlə yeksan edib.
TASS-ın verdiyi məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Koneşenkov bildirib.
Məlumata əsasən, aralarında "T-55” tipli tanklar da olmaqla İŞİD-in 30-a yaxın zirehli texnikası sıradan çıxarılıb: "Ümumilikdə obyektə 6 aviasiya zərbəsi endirilib ki, nəticədə yaraqlıların texnikası tamamilə sıradan çıxarılıb”.
Zirehli texnika ilə yanaşı Rusiya Hərbi-Kosmik Qüvvələrinin (HQS) "Su 24M” tipli bombardmançı təyyarələri Homs vilayətində terrorçuların rabitə məntəqəsini və Hama vilayətində qərargah məntəqəsinə hücum edib.
