Rusiya aviasiyası Suriyanın Deyr-əz-Zor əyalətində İŞİD-in komanda məntəqəsini və rabitə qovşağını məhv edib.
Yenizaman.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi
general-mayor İqor Konaşenkov bildirib.
"Deyr-əz-Zor əyalətində bu bölgədə beş böyük silahlı dəstənin fəaliyyətini əlaqələndirilməsini həyata keçirən komanda məntəqəsi və
rabitə qovşağı məhv edilib. Obyekt terrorçuların nəzarətində olan yerli poçt xidmətinin binalarında yerləşib”, deyə o bildirib.
Hədəf "SU-34” tipli bombardmançı təyyarəsindən idarə olunan aviasiya bombası ilə məhv edilib.
.