Rusiya Xarici İşlər Nazirliyi ABŞ və NATO Qüvvələrinin Rusiya neft tankeri "Marinerа"nı təqib etməsini anomal vəziyyət adlandırıb.

Rusiya XİN "Marinerа" neft tankeri ətrafındakı vəziyyəti izlədiyini açıqlayıb.

Qurumdan bildirilib ki, gəmi Şimali Atlantikanın beynəlxalq sularında Rusiya bayrağı altında və beynəlxalq dəniz qanunlarına tam uyğun olaraq üzür.

"ABŞ Sahil Mühafizəsi gəmisi bir neçə gündür "Marinera" gəmisini izləyir, baxmayaraq ki, gəmimiz Amerika sahillərindən təxminən 4000 kilometr məsafədədir", - Rusiya XİN-in bəyanatında qeyd olunub.

Əlavə olunub ki, rəsmi Moskva Qərb ölkələrinin açıq dənizlərdə sərbəst naviqasiya prinsiplərinə riayət etmələrinə ümid edir.

.