Moskva Vaşinqtona Kiyevə ehtiyatsız dəstək və münaqişəyə qarışmaq barədə xəbərdarlıq edib.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib
"Biz ABŞ-ı və Kiyev rejiminin digər sponsorlarına münaqişə tərəfləri kimi vəziyyətə getdikcə daha da dərindən qarışmaq barədə bir daha xəbərdarlıq edirik”, deyə Rusiya XİN başçısı vurğulayıb.
Lavrov həmçinin qeyd edib ki, Vaşinqton və “onun vassalları” reallığı və Rusiyanın mövqeyini təhrif etməyə və beynəlxalq ictimaiyyəti qorxutmağa, onun sağlam düşüncəli hissəsini Kiyevi bütün avantüralarında ehtiyatsızcasına dəstəkləmək kimi uğursuz kursa getməyə məcbur etməyə çalışırlar.
O əlavə edib ki, Rusiya hərbi doktrinası və nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsasları dəyişməz olaraq qalır.
Lavrov: “Makronun NATO-ya qoyduğu beyin xərçəngi diaqnozu çox irəliləyib”
NATO-nun Ukrayna ilə bağlı vəziyyətdəki hərəkətlərinə baxanda Makron tərəfindən elan edilən Şimali Atlantika Alyansının beyin xəstəliyinin həddindən artıq irəli getdiyini görərik.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Prezident Makron bir dəfə Şimali Atlantika Alyansına beyin xərçəngi diaqnozu qoymuşdu. Alyansın Kiyevdəki neonasist rejimini necə bəslədiyinə baxılarsa, bu xəstəlik çox irəliləyib”, - o bildirib.
.
