
Rusiya ABŞ-a "Aeroflot"u sanksiyalardan çıxarmağı təklif edib.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiyanın ABŞ-a birbaşa uçuşları bərpa etmək təklifi barədə danışan XİN başçısı vurğulayıb ki, bu," Aeroflot"un sanksiyalardan çıxarılmasının nəticəsi olmalıdır: "Biz bu təklifi bir ay bundan əvvəl Ər-Riyadda görüşdə vermişdik. Amerikalılar bunu qəbul etdilər, lakin indiyədək heç bir cavab addımı görməmişik. Amma dünən İstanbuldakı görüşdə ekspertlərimiz bu təklifi xatırladıblar. Düzünü deyim ki, onlarla əlaqə saxlamağa hələ imkanım olmayıb".
Rusiya XİN rəhbəri bildirib ki, Moskva bunun üzərində işləyəcək.
.