"Rusiya hökumətinin ABŞ-dan gələn ət idxalına tətbiq etdiyi qadağa rəsmi Vaşinqtona 5-6 milyard dollar ziyan vurub. Yenizaman.az "Kommersant" qəzetinə istinadən xəbər verir ki, bu fikri Amerikanın Rusiyadakı səfiri Maykl Makfol səsləndirib. O, əlavə edib ki, hazırda Kremlin ət idxalına qoyduğu məhdudiyyətlər ölkəsi üçün böyük problem yaradıb.
Maykl Makfol mövzu ilə bağlı mətbuata açıqlamasında daha sonra bunları deyib: "Bu bizim üçün böyük problemdir. Ət məhsullarının Rusiyaya daxil olmasına qadağa qoyulduqdan sonra Amerika iqtisadiyyatı 5-6 milyard dollar dəyərində ziyan edib. Yaranan problemi aradan qaldırmaq üçün Rusiya tərəfi ilə danışıqlar aparılır."
Məlumat üçün bildirək ki, Rusiyanın Sanitar Epidemiologiya və Nəzarət-Təftiş İdarəsi 2013-cü ilin əvvəlindən Amerikadan gələn donuz, mal və hinduşka ətlərinə, xam bağırsaq və içalat idxalına məhdudiyyətlər qoyub.
.