Rusiya Asiyada, Latın Amerikasının dinamik inkişaf edən ölkələrində tərəfdaşlar axtaracaq.
Bunu Rusiya prezidenti Vladimir Putin strateji inkişaf və milli layihələrlə bağlı Şuranın iclasında bildirib.
"Biz dünya iqtisadiyyatının fəal inkişaf edən regionlarında daha perspektivli başqa tərəfdaşlar axtaracağıq. Bunlar Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrikadır. Biz Rusiyanın enerji resurslarını məhz dost ölkələrin bazarlarına yönləndirəcəyik", - deyə Putin vurğulayıb.
Rusiya prezidenti ölkəsinin Asiyada liman və boru kəməri sistemlərini inkişaf etdirəcəyini, 2030-cu ilə qədər Şərqə 88 mlrd. kubmetr qaz ixrac etmək niyyətində olduğunu da söyləyib.
Rusiya neftinin tərəfdaş ölkələrə ixracı 25 faiz artıb
Bu ilin ilk doqquz ayında Rusiya neftinin tərəfdaş ölkələrə ixracı təxminən 25 faiz artıb.
Bunu Rusiya Prezidenti Vladimir Putin strateji inkişaf və milli layihələrlə bağlı Şuranın iclasında bildirib.
"Bu ilin doqquz ayı ərzində tərəfdaş dövlətlərə neft ixracı təxminən dörddə bir dəfə artıb", - Putin Rusiyanın enerji daşıyıcılarının dost ölkələrin bazarlarına yönəldilməsindən danışarkən deyib.
Rusiya Prezidenti bildirib ki, ölkəsi sıxılmış qaz (LNG) tədarükünü 70 milyard kubmetr artıracaq: "Yamalda yeni LNG layihələri 2030-cu ilə qədər mayeləşdirilmiş təbii qazın istehsalını 70 milyard kubmetr artıracaq ki, bu da ixracın (qaz) coğrafiyasını genişləndirməyə kömək edəcək", - Putin vurğulayıb.
.
