Rusiya üç il ərzində 14 min əcnəbiyə miqrant statusu verməkdən imtina edib.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya DİN üç il ərzində dili bilməməsi səbəbindən 14 min əcnəbiyə miqrant statusu verməkdən imtina edib.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən bu cür müraciətlərə baxılarkən vaxtaşırı rus dilini minimum səviyyədə bilməyən, lakin eyni zamanda müvafiq sertifikatlara malik olan əcnəbiləri müəyyən edirlər.
Qurumdan verilən açıqlamada o da vurğulanıb ki, rus dilini bilməyən əcnəbilərin yaşayış icazəsi və Rusiya vətəndaşlığı ləğv olunacaq.
.