
"Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin inkşafı və gücləndirilməsi üçün ağıllı liderlərə ehtiyac var".
Bu sözləri rusiyalı politoloq Pavel Klaçkov deyib. O, Azərbaycanda Rusiya əleyhinə xeyli miflərin quraşdırıldığını bildirib: "Azərbaycanda Amerikanın pulu ilə Rusiyaya qarşı çoxlu miflər yaradılır. Bəzi analitiklər Azərbaycan KİV-ləri vasitəsilə Kreml sahiblərinin imperiya istəkləri olması ilə cəmiyyəti qorxudurlar. Məsələn, Azərbaycan Demokratik Partiyasının rəhbəri Sərdar Cəlaloğlu Azərbaycan ordusunun Rusiyaya qarşı istifadə mümkünlüyünü və bunun Rusiyanı məhv edəcəyini açıq-aşkar deyir. Aqil Səmədbəyli həmçinin, "Yeni Müsavat” qəzetinin səhifələrində Rusiyanın parçalanmasını proqnozlaşdırır. Bax bu cür məsuliyyətsiz publisistlər "türkün birinci düşməni – Rusiyadır” şüarları ilə çıxış edirlər...
Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin inkşafı və gücləndirilməsi üçün ağıllı liderlərə ehtiyac var. Ümidvaram, sağlam fikir qələbə qazanacaq” (axar.az).
.