Rumıniya parlamenti Moldova ilə birləşməyə dair niyyət bəyannaməsi qəbul edib.

"Hurriyet” xəbər verir ki, bu sənəd tarixdə "Besarabiya” olaraq, tanınan hazırki Moldova torpaqlarının Rumıniya ilə birləşməsinin 100-cü ildönümünə hərs olunan anım toplantısında açıqlanıb.

Qeyd olunub ki, bəyannamə bütövləşməyə həsr olunub.

Sənəddə Rumıniya xalqının Moldova ilə birləşməsi arzusu dilə gətirilib: "Ehtimal edilən birləşmə Moldova xalqının iradəsi və qərarı ilə gerçəkləşə bilər. Rumıniya xalqı buna artıq hazırdır”.

Bəyannamədə Moldova və Rumıniyanın yenidən birləşməsi səylərinin hüquqi əsası olduğu vurğulanıb.

Rumıniya parlamentində "Rumın xalqı və rumıncanının bütövləşməsi” adı altında keçirilən toplantıya Moldova parlamenti və hökumətiinin təmsilçiləri də qatılıb.

Moldova parlamentinin sədri Adrian Candu bildirib ki, ölkəsinin Rumıniyanın dəstəyinə ehtiyacı var: "Avropa ilə bütövləşməyə gedən yolda yolların və körpülərin tikintisi, əməkdaşlıq yalnız Rumıniyanın yardımı ilə mümkündür”.

Rumıniya parlamentindəki macar etnik azlığına məxsus Rumıniya Macar Demokratlar Federasiyası adından çıxş edən Zoltan Csaba bu qərarı "ikiüzlülük” adlandırıb: "Rumıniyanın Erdel bölgəsində macarların mədəni və yerli muxtariyyət tələbləri isə sistemli olaraq rədd edilir”.

Macar etnik azlığın parlament fraksiyası isə bəyannamənin əleyhinə səs verib.


.