
Dünən sağlamlığında yaşanan problemə görə "Özünə bax” verilişində iştirak edə bilməyən biznes-ledi Ruhi Əliyeva hazırkı durumu haqqında açıqlama verib.
Qafqazinfo-ya açıqlamasında biznes-ledi hazırda səhhətinin yaxşı olduğunu bildirib:
"İndi yaxşıyam, hər şey normaldır. Dünən özümü pis hiss etdiyim üçün efirə çıxa bilmədim. Allaha şükür, artıq özümü əla hiss edirəm, böyüdüləcək bir problem yoxdur və inşallah, bu gün efirdəyəm”.
.